Avqustun 28-də 89 yaşında vəfat edən Norveç Kralı V Harald sentyabrın 9-da Paytaxt Osloda dəfn olunacaq.
“Qafqazinfo” xəbər verir ki, bu barədə ölkənin Kral Evi məlumat yayıb.
Məlumata görə, dəfn mərasimi Oslonun Baş Katedral Kilsəsində (Kafedral) keçiriləcək.
Qeyd edək ki, monarx avqustun ortalarından bəri müalicə olunduğu “Rikshospitalet” Universitet Xəstəxanasında dünyasını dəyişib. Hemolitik anemiyadan əziyyət çəkən monarxın müalicə vaxtı bədənində maye toplanması baş verib, daha sonra isə qanında bakterial infeksiya aşkar edilib.
Kralın xəstəliyi dövründə dövlət başçısı vəzifəsini onun 53 yaşlı oğlu, vəliəhd şahzadə Hokon icra edib. O, sentyabrın 1-də parlament qarşısında and içərək Norveçin yeni kralı olacaq.
Son xəbərlər
Son Xəbərlər