ABŞ Prezidenti Donald Tramp məşhur jurnalist Takər Karlsonun ona qarşı münasibətinə xüsusi toxunub.
“Qafqazinfo” xəbər verir ki, Tramp jurnalistin onu heç vaxt bəyənmədiyini ehtimal etdiyini bildirib:
“Mən müəyyən mənada onun üçün çox şey etmişəm, lakin görünür, o məni heç vaxt sevməyib. Başqa sözlə, insanlar arasında bəzən xüsusi bir doğmalıq, uyğunluq olur, bəzən isə olmur. Belə olduqda isə heç nə etmək olmur”, – deyə ABŞ lideri vurğulayıb.
Ağ Ev rəhbəri Karlsonu qərarsız insan adlandırıb.
O, həmçinin jurnalistin mövcud administrasiyanın siyasətindən, o cümlədən İrana qarşı hərbi əməliyyatdan narazı qalmasına təəccübləndiyini gizlətməyib:
“Takər kimi bir insan etdiklərimi bəyənməlidir, çünki mən Amerikanı yenidən əzəmətli etdim”.
Son xəbərlər
Son Xəbərlər