Odessanı su basdı, 9 ölü - Video

odessani-su-basdi-9-olu
Oxunma sayı: 1696

Ukraynanın Odessa şəhərində güclü yağışlar bir sıra fəsadlara səbəb olub.

“Qafqazinfo” “RBK-Ukraina”ya istinadən xəbər verir ki, yağış səbəbindən evləri və küçələri su basıb. 

Nəticədə aralarında uşaq da olmaqla, 9 nəfər həlak olub. 

Ümumilikdə isə su basmış ərazilərdə 362 nəfər xilas edilib. 

Hazırda yağışın fəsadlarının aradan qaldırılması, eləcə də axtarış-xilasetmə işləri davam etdirilir.