Oğuzda ağır qəza - Ölən var

oguzda-agir-qeza
Oxunma sayı: 645

Oğuzda 2 avtomobil toqquşub.

“Qafqazinfo” xəbər verir ki, hadisə bu gün səhər saatlarında Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Padar kəndi ərazisindən keçən hissəsində baş verib.

“Mercedes” və “VAZ-2109” markalı avtomobillərin toqquşması nəticəsində “VAZ” ın sürücüsü, 1987-ci il təvəllüdlü Əbdülrəhim Namizəd oğlu Məmmədəliyev dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Mübariz Muradov