Olimpiya mükafatçısı kondisioner olmadığı üçün parkda yatdı

olimpiya-mukafatcisi-kondisioner-olmadigi-ucun-parkda-yatdi
Oxunma sayı: 4435

İtaliyalı üzgüçü Tomas Çekkon Olimpiya kəndində idmançıların yaşadığı otaqlarda kondisioner olmadığından küçədə yatıb. 

“Qafqazinfo” xəbər verir ki, onun parkda yatmasını səudiyyə ərəbistanlı avarçəkən Huseyn Alirez sosial şəbəkədə paylaşıb. 

Paris Olimpiadasında qızıl medal qazanan idmançı bunu təşkilatçılara etiraz məqsədi ilə edib. 

Çekkon daha öncə də Tokio-2020 Olimpiadasında təşkilatçılığın yüksək səviyyədə olduğunu bildirərək Fransa paytaxtındakı şəraitdən şikayət etmişdi. Xüsusilə, italiyalı isti havalarda otaqlarda kondisionerin olmamasından narazılığını dilə gətirmişdi. 

Qeyd edək ki, Tomas Paris-2024-də 100 m məsafəyə arxası üstə üzmə yarışında qızıl, eyni məsafəyə estafet yarışında bürünc medal qazanıb.