Ölkədə vaksinasiya ilə bağlı son vəziyyət

olkede-vaksinasiya-ile-bagli-son-veziyyet
Oxunma sayı: 1149

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 8471 vaksin vurulub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 722, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 773, “buster” doza üzrə isə 6976 vaksin vurulub.

Vurulan vaksinlərin ümumi sayı 11 765 037, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 209 461, ikinci mərhələ üzrə 4 724 359 nəfər təşkil edir. Ümumilikdə isə 1 831 217 “buster” doza vurulub.