“Ölüm təhlükəsini atlatdım”- - Xərçəng xəstəsi olan aktrisa

olum-tehlukesini-atlatdim-
Oxunma sayı: 3191


“Qafqazinfo” xəbər verir ki, bunu AzNews.az-a Musiqili Teatrın aktrisası, əməkdar artist Xanım Qafarova deyib. Onun sözlərinə görə, fevralın 18-də Bakıya qayıdacaq və teatrda qaldığı yerdən davam edəcək: 

“Həkimlər ikinci dəfə məni müayinə etdilər. Müayinədən sonra bildirdilər ki, daha ölüm qorxusu yoxdur. Allaha şükürlər olsun”. 

Xatırladaq ki, X.Qafarova xərçəng xəstəliyindən əziyyət çəkir və o, bununla bağlı 3 dəfə əməliyyat olunub. Hazırda isə Türkiyədə ikinci dəfə kimyaterapiya kursu keçir.