Ombudsman cəbhəçi fəalla bağlı tapşırıq verdi

Ombudsman cəbhəçi fəalla bağlı tapşırıq verdi
Oxunma sayı: 1819

Ombudsman Səbinə Əliyevanın tapşırığı əsasında Milli Preventiv Qrupunun (MPQ) üzvləri tərəfindən Daxili İşlər Nazirliyinin (DİN) İnzibati Həbs Olunanların Saxlama Mərkəzinə əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçirilib.

“Qafqazinfo”ya daxil olan məlumata görə, təşkil olunmuş başçəkmənin məqsədi müəssisədə saxlanma şəraiti və rəftar məsələlərinin, habelə daxil olmuş müraciətlərin araşdırılması, inzibati həbs olunanların hüquqlarının təmin olunması, sənədləşmənin aparılması vəziyyətinin öyrənilməsi olub.

MPQ üzvləri tərəfindən müəssisədə saxlanma şəraiti, tibbi yardımın təşkili, qidalanma, habelə görüş, telefon danışığı, sovqat qəbulu, gəzinti ilə bağlı hüquqların təmini vəziyyəti və sənədləşmə araşdırılıb, bir sıra müraciətlər yerində təmin olunub.

MPQ-nin həkim üzvünün də iştirak etdiyi başçəkmə zamanı rəftar məsələlərinin araşdırılması ilə bağlı burada saxlanılan bir sıra şəxslər, o cümlədən, Zamin Salayev qəbul edilərək konfidensial qaydada dinlənilib, şikayəti qəbul olunub. Z. Salayev DİN-nin Hospitalında tibbi müayinələrdən keçirilib, ailə üzvü ilə görüşü təmin edilib. Müəssisədə onun hüquqlarının həyata keçirilməsi ilə bağlı çətinlik yoxdur.

Yekunda müəssisə rəhbərliyi və məsul əməkdaşlarla milli və beynəlxalq qanunvericilik əsasında hüquqi maarifləndirici söhbət aparılıb, müvafiq tövsiyələr verilib.

Başçəkmənin yekunu və qaldırılan məsələlərlə bağlı aidiyyəti dövlət qurumlarına müraciət olunub.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi