Rusiya və Ukrayna bu məsələdə razılığa gəldi

rusiya-ve-ukrayna-bu-meselede-raziliga-geldi
Oxunma sayı: 869

Rusiya və Ukrayna Zaporojye Atom Elektrik Stansiyasındakı ehtiyat elektrik xəttinin bərpası məqsədilə yerli atəşkəs rejiminin tətbiqi barədə razılıq əldə ediblər.

Qafqazinfo” Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) bəyanatına istinadən xəbər verir ki, bunu qurumun baş direktoru Rafael Qrossi açıqlayıb.

Məlumata görə, əldə olunan razılaşma Ukraynadakı Zaporojye AES-də fəaliyyətini davam etdirən son ehtiyat elektrik xəttində təmir işlərinə başlanmasına şərait yaradacaq.

Qeyd edilib ki, bu addım stansiyanın enerji təhlükəsizliyinin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.