ABŞ İrana qarşı sanksiyaları genişləndirdi

abs-irana-qarsi-sanksiyalari-genislendirdi
Oxunma sayı: 593

ABŞ Maliyyə Nazirliyi Yəməndəki husilərlə əlaqədə və İrana məxsus neftin qanunsuz daşınmasında şübhəli bilinən şəxslərə qarşı sanksiyaları kəskinləşdirib.

“Qafqazinfo” xəbər verir ki, ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) Yəməndəki “Ənsar Allah” (husilər) hərəkatı ilə əlaqəli olan 21 fiziki və hüquqi şəxsi, habelə neft məhsullarının daşınmasında istifadə edilən bir tankeri sanksiya siyahısına əlavə edib.

ABŞ-nin maliyyə naziri Skott Bessent bildirib ki, bu addım İranın öz neft sərvətlərindən regional terrorçu qrupları maliyyələşdirmək üçün istifadə etməsinin qarşısını almaq məqsədi daşıyır. Siyahıya İrana məxsus neftin satışından əldə edilən gəlirlərin husilərə ötürülməsində vasitəçilik edən şirkətlər və onların rəhbərləri daxildir.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp iranlıları aksiyaları davam etdirməyə çağıraraq, Vaşinqtonun “azadlığa can atan İrana kömək etməyə hazır olduğunu” bəyan etmişdi.