“Ukrayna nümayəndə heyəti ABŞ-yə gedib” - Zelenski

ukrayna-numayende-heyeti-abs-ye-gedib
Oxunma sayı: 321

“Ukraynanın yüksəkrütbəli rəsmilərindən ibarət nümayəndə heyəti sülh danışıqlarını müzakirə etmək məqsədilə ABŞ-yə yola düşüb”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukrayna lideri Volodimir Zelenski Çexiya rezidenti Petr Pavel ilə keçirdiyi birgə mətbuat konfransında məlumat verib.

Nümayəndə heyətinin tərkibinə Prezident Ofisinin rəhbəri Kirill Budanov, Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov və hakim “Xalqın xidmətçisi” partiyasının fraksiya rəhbəri David Araxamiya daxildir.

Zelenski səfərin əsas məqsədinin həm Amerika tərəfi ilə hazırlanan sənədlərə, həm də Rusiyanın diplomatik addımlara verdiyi reaksiyalara aydınlıq gətirmək olduğunu bildirib.

Qeyd edək ki, bu səfər ABŞ Prezidenti Donald Trampın Ukrayna ilə bağlı sərt tənqidlərindən sonraya təsadüf edir. Belə ki, Tramp bir gün əvvəl bəyan etmişdi ki, sülh prosesinin ləngiməsinin səbəbi Moskva deyil, Kiyevin mövqeyidir.