ABŞ Prezidenti Donald Tramp rəsmi Tehranın kütləvi edamları ləğv etmək qərarını alqışlayaraq, bu addımı yüksək qiymətləndirdiyini bildirib.
“Qafqazinfo” xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə özünün “Truth Social” sosial şəbəkəsində paylaşım edib.
Tramp yanvarın 15-i üçün planlaşdırılan 800-dən çox edamın dayandırılmasını mühüm hadisə kimi xarakterizə edib:
“Dünən üçün planlaşdırılan bütün edamların (800-dən çox) İran rəhbərliyi tərəfindən ləğv edilməsini yüksək qiymətləndirirəm. Təşəkkür edirəm!”.
Qeyd edək ki, Ağ Evin mətbuat katibi Kerolayn Livitt daha əvvəl bildirmişdi ki, ABŞ rəhbərliyi edamlar və qətllər davam edəcəyi təqdirdə İranı “çox ağır nəticələrlə” hədələyib.
Son xəbərlər
Son Xəbərlər