Amerikalı tanınmış jurnalist Taker Karlson ABŞ Prezidenti Donald Trampla görüşmək üçün Ağ Evə səfər edib.
“Qafqazinfo” “Punchbowl News” nəşrinə istinadən xəbər verir ki, Karlson Ağ Evin Qərb Qanadında (West Wing) görülüb və onun dövlət başçısı ilə qapalı görüş keçirdiyi bildirilir.
Jurnalistin bu ziyarəti Tramp administrasiyasının xarici siyasətini, xüsusən də hərbi xərcləri və münaqişələrdə iştirakı kəskin tənqid etməsi fonunda baş tutub.
Qeyd edək ki, Trampın ən sadiq tərəfdarlarından biri hesab olunmasına baxmayaraq, Karlson son vaxtlar Ağ Evin kursundan narazılığını açıq şəkildə ifadə edirdi.
Son xəbərlər
Son Xəbərlər