“Qarabağ”dan bir gündə 2 qələbə

qarabagdan-bir-gunde-2-qelebe
Oxunma sayı: 418

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Qarabağ” hazırlıq çərçivəsində günü iki qələbə ilə başa vurub.

“Qafqazinfo” xəbər verir ki, Qurban Qurbanovun komandası yanvarın 16-da keçirdiyi hər iki yoxlama oyununda eyni hesabla qalib gəlib.

Günün ikinci matçında Polşanın “Zaqlebye” (Lyubin) klubu ilə qarşılaşan “atlılar” rəqibini 3:1 hesabı ilə məğlub ediblər. Ağdam təmsilçisinin heyətində qolları Leandro Andrade (6-cı dəqiqə), Abdullah Zubir (56-cı dəqiqə) və Joni Montiel (69-cu dəqiqə) vurublar.

Qeyd edək ki, “Qarabağ” günün ilk matçında Xorvatiyanın “Osiyek” komandasına da eyni hesabla (3:1) qalib gəlmişdi. Antalyadakı ilk sınağında isə Özbəkistanın “Neftçi” (Fərqanə) klubunu 5 cavabsız qolla üstələyən çempionumuz hazırlıq dövrünü yüksək məhsuldarlıqla davam etdirir.