“Onlar artıq mənim ailəmi hədələyir” - Orban

onlar-artiq-menim-ailemi-hedeleyir
Oxunma sayı: 1432

Macarıstanın Baş naziri Viktor Orban bildirib ki, ukraynalılar onun ailəsini təhdid edirlər.

“Qafqazinfo” xəbər verir ki, Orban bu barədə öz feysbuk səhifəsində yazıb

“Ukraynalılar artıq mənim ailəmi, uşaqlarımı, nəvələrimi hədələyirlər. Hər şey yaxşıdır, amma həddi var!” siyasətçi yazıb.

Qeyd edək ki, ötən ay Macarıstan Ukraynanın “Drujba” boru kəməri vasitəsilə Rusiya neftinin tranzitini bərpa etməyəcəyi təqdirdə, bu ölkəyə elektrik enerjisi tədarükünü dayandırmaqla hədələyib.