Onlar da “Kızılcık Şerbeti”ndən getdi

onlar-da-kizilcik-serbetinden-getdi
Oxunma sayı: 406

Türkiyənin məşhur serialı “Kızılcık Şerbeti”nin ssenari heyətində ciddi dəyişiklik baş verib.

“Qafqazinfo”nun xəbərinə görə, serialın ilk bölümündən etibarən ssenarini qələmə alan Melis Civelek və Zeynep Gür layihədən ayrılıblar.

Məlumata görə, iki ssenaristin serialdakı fəaliyyəti 143-cü bölümlə başa çatıb. Onların ssenarinin gedişatı ilə bağlı istehsal şirkəti ilə fikir ayrılıqları yaşadıqdan sonra qarşılıqlı razılıq əsasında ayrıldıqları bildirilir.

“Kızılcık Şerbeti”nin beşinci mövsümündə baş verən bu dəyişiklik serialın gələcək süjeti ilə bağlı suallar yaradıb. Melis Civelek və Zeynep Gür ilk bölümdən etibarən layihənin hekayəsinin formalaşmasında iştirak ediblər.

Yeni ssenarist heyətinin kimlərdən ibarət olacağı hələ açıqlanmayıb. Dəyişikliyin serialın sonrakı bölümlərində hadisələrin gedişatına necə təsir edəcəyi isə məlum deyil.