Məşhur türkiyəli aktrisa Aslı Enver və həyat yoldaşı Berkin Gökbudak qızları Elayla birlikdə Çexiyanın paytaxtı Praqaya köçməyə hazırlaşırlar.
“Qafqazinfo” xəbər verir ki, Gökbudakın yeni vəzifəsi ilə əlaqədar ailənin Türkiyədən ayrılaraq Praqada məskunlaşacağı bildirilir.
Əczaçılıq sektorunda 17 ildən çox təcrübəsi olan Gökbudak 2026-cı ilin iyulundan “Johnson & Johnson Innovative Medicine” şirkətinin Çexiyadakı baş meneceri vəzifəsində çalışır.
Gökbudak karyerası ərzində müxtəlif ölkələrdə və regional vəzifələrdə fəaliyyət göstərib. O, daha əvvəl “Johnson & Johnson” şirkətinin Avropa, Yaxın Şərq və Afrika regionunda kommersiya strategiyası üzrə rəhbər vəzifədə çalışıb. Bundan əvvəl isə “Bayer” və “Alliance Healthcare” şirkətlərində işləyib.
Ailənin Praqaya köçməsi Aslı Enverin karyerasının gələcəyi ilə bağlı suallar da yaradıb. Aktrisanın Praqada fəaliyyətini necə davam etdirəcəyi və köçün Türkiyədəki yeni layihələrinə təsir edib-etməyəcəyi hələlik məlum deyil.
Qeyd edək ki, Aslı Enver və Berkin Gökbudak 2022-ci ildə evlənib. Cütlüyün 2023-cü ildə Elay adlı qızı dünyaya gəlib.
Son xəbərlər
Son Xəbərlər