Naxçıvan Muxtar Respublikasında ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, N saylı hərbi hissənin zabiti, 2000-ci il təvəllüdlü leytenant Xələfov Nemət İlham oğlu yaşadığı mənzildə dəm qazından zəhərlənib. O, hadisə yerində vəfat edib.
Həmçinin bu xəbəri oxuyun: Мир повис на устах Еревана
Bildirilir ki, N.Xələfov Göyçay rayonunun Qaraman kənd sakinidir. O, ali hərbi məktəbi yenicə bitirərək Naxçıvana xidmətə yollanıbmış.
Faktla bağlı araşdırma aparılır.


Son xəbərlər
Son Xəbərlər