“Oskar” laureatına qarşı şok ittihamlar - Dörd qadın danışdı

oskar-laureatina-qarsi-sok-ittihamlar
Oxunma sayı: 211

“Oskar” mükafatına layiq görülən aktyor Cared Leto bu dəfə sənət fəaliyyəti ilə deyil, ona qarşı irəli sürülən cinsi təcavüz iddiaları ilə gündəmə gəlib.

“Qafqazinfo” xəbər verir ki, “Dallas Buyers Club” filmindəki roluna görə “Oskar” qazanan və “Thirty Seconds to Mars” qrupunun üzvü olan Leto BBC-nin hazırladığı “Jared Leto: Hollywood's Dark Secret” adlı sənədli filmin mövzusuna çevrilib.

Sənədli filmdə dörd qadın aktyorla bağlı müxtəlif illərdə yaşadıqlarını iddia etdikləri hadisələrdən danışıb. Onların sözlərinə görə, hadisələr 2002-2016-cı illər arasında baş verib.

Qadınlardan biri 17 yaşında olarkən hoteldə Leto tərəfindən cinsi təcavüzə məruz qaldığını iddia edib.

Digər qadın 19 yaşında ikən aktyorun onu cinsi xarakterli təhdidlərə məruz qoyduğunu və daha sonra hotel otağında tək buraxdığını bildirib.

Üçüncü qadın isə 17 yaşında, Kaliforniyada qanuni yetkinlik yaşına çatmamış Leto ilə münasibətdə olduğunu və həmin münasibətin hüquqi baxımdan cinsi təcavüz hesab edilə biləcəyini iddia edib.

Başqa bir qadın isə 16 yaşında olarkən aktyorun mövqeyindən istifadə edərək, ona dəfələrlə cinsi münasibət təklif etdiyini və özünü manipulyasiya edilmiş hiss etdiyini söyləyib.

Sənədli filmdə danışan digər şəxslər də Letonun onlara qarşı şifahi şəkildə seksual xarakterli ifadələr işlətdiyini və müxtəlif məkanlarda cinsi məzmunlu şərhlər etdiyini iddia ediblər.

54 yaşlı aktyora irəli sürülən ittihamlarla bağlı suallar göndərilsə də, onun BBC-nin müraciətinə cavab vermədiyi bildirilib.