Ötən ay boşandığı xanımının toyunda aparıcı oldu - Fotolar

oten-ay-bosandigi-xaniminin-toyunda-aparici-oldu
Oxunma sayı: 2658

Hollivud ulduzu Tobi Maquayr keçmiş həyat yoldaşı Cennifer Meyerin və musiqi meneceri Ceffri Oqunlesinin toyunda aparıcı olub. 

“Qafqazinfo” “Page Six” nəşrinə istinadən xəbər verir ki, toy mərasimi Havay adalarında keçirilib.

Məclisdə Leonardo DiKaprio, Vittoria Çeretti, Kortni Koks, Ceff Bezos və Loren Sançes Bezos kimi məşhur qonaqlar iştirak ediblər.

Qeyd edək ki, Cennifer Meyer və Ceffri Oqunlesi 2023-cü ildə görüşməyə başlayıblar. 2024-cü ilin avqustunda onlar nişanlandıqlarını elan ediblər, 2026-cı ilin yazında isə qız övladları dünyaya gəlib.

Nigeriyalı milyarder və sərmayəçi Adebayo Ogunlesinin oğlu olan Ceffri Oqunlesi musiqi sahəsində fəaliyyət göstərir və “The Ogunlesi Group” şirkətinə rəhbərlik edir.

Cennifer Meyer və Tobi Maquayr 2016-cı ildə, 9 illik evlilikdən sonra ayrılıblar. Rəsmi boşanma 21 sentyabr 2026-cı ildə başa çatıb. Onların bu nikahdan Rubi adlı oğlu (19 yaş) və Otis adlı qızı (17 yaş) var. Yaxın münasibətlərini qoruyub saxlayan Meyer və Maquayr uşaqlarını birlikdə tərbiyə edirlər.