Özbəkistanlı futbolçu “Başakşəhər”də

ozbekistanli-futbolcu-basakseherde
Oxunma sayı: 1159

“Başakşəhər” heyətini yeni futbolçu ilə gücləndirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin Mətbuat xidməti məlumat paylaşıb.

Məlumata əsasən, “bayquşlar” “Roma”nın mərkəz hücumçusu Eldor Şomurodovu 1 illik icarəyə götürüb.

Qeyd edək ki, 30 yaşlı forvard ötən mövsüm İtaliya təmsilçisi ilə 37 matçda forma şansı tapıb və 7 qol, 5 assist edib.

Nihad Əsədov