Özündən 15 yaş kiçik sevgilisi ilə evləndi - Fotolar

ozunden-15-yas-kicik-sevgilisi-ile-evlendi
Oxunma sayı: 1149

Məşhur türkiyəli müğənni Gökhan Özen bir müddətdir münasibətdə olduğu Naz Canbazla nikah masasına əyləşib.

“Qafqazinfo” xəbər verir ki, 46 yaşlı müğənni sevincini sosial media hesabında izləyiciləri ilə bölüşüb.

Özen və Naz Canbazın sadə mərasimlə evləndiyi bildirilib.

Gökhan Özen evliliyi ilə bağlı paylaşımında sevgi və hörmətin onun üçün ən vacib dəyərlər olduğunu vurğulayıb.

“Həyatdakı ən gözəl şeylərdən biri hər şeyin düzgün insanı tapdığınız zaman yerinə düşməsidir. Sevgi, hörmət, sədaqət və qadına həqiqətən dəyər verməyin lütfü... Qalanları isə sadəcə təfərrüatdır”, - deyə müğənni yazıb.

Özen toy mərasimini dəbdəbədən uzaq, daha sadə və səmimi şəkildə keçirməyi seçdiklərini bildirib.

“Məqsəd iki insanın həyatlarını birləşdirməsidirsə, bunu ən sadə və ən səmimi formada etmək istədik. Çünki bizim üçün əsl olan sevgi, bağlılıq və bir-birimizə olan hörmətdir. Bütün təbrik mesajları üçün əvvəlcədən təşəkkür edirəm”, - deyə o qeyd edib.

Gökhan Özen 31 yaşlı Naz Canbazla münasibətini ilk dəfə 2025-ci ilin avqustunda sosial media hesabında paylaşdığı foto ilə ictimaiyyətə açıqlamışdı.

Müğənni bu ilin iyununda isə sevgilisinə evlilik təklifi edib. O, həmin anları sosial media hesabında paylaşaraq “Bu üzük bir üzükdən daha çoxdur... Bir vəd, bir ömür” sözlərini yazmışdı.

Qeyd edək ki, Gökhan Özen 2010-cu ildə Selen Sevigenlə evlənib. Cütlük 2016-cı ildə boşanıb. Bu evlilikdən onların Ada Deren və Derin Su adlı iki qızı var.