Yazıda Mehriban Əliyevanın xeyriyyəçilik fəaliyyətinə 1995-ci ildə Azərbaycan Mədəniyyətinin Dostları Fondu vasitəsilə başladığı qeyd edilir. Bildirilir ki, birinci xanım 2004-cü il mayın 10-da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıyan Fondun prezidenti vəzifəsinə təyin olunduqdan sonra bu fəaliyyətini daha da genişləndirib.
“Eurovision-2012” nin Bakıda keçirildiyi xatırlanan məqalədə Azərbaycana gəlmiş çoxsaylı insanların xalqın qonaqpərvərliyindən, bu mötəbər müsabiqənin yüksək səviyyədə təşkil olunmasından çox razı qaldıqları, Bakının gözəlliyindən heyran olduqları bildirilir. Jurnalist “Eurovision-2012”nin keçirilməsi ilə bağlı Təşkilat Komitəsinə Mehriban Əliyevanın rəhbərlik etdiyini xatırladır.
H.Şahin, həmçinin məqalədə Heydər Əliyev Fondunun təşəbbüsü ilə Pakistanda səhiyyə, təhsil və humanitar sahələrdə həyata keçirilən layihələrdən ətraflı bəhs edir. O vurğulayır ki, bütün bu işlər dost və qardaş ölkələr olan Azərbaycan ilə Pakistan arasında münasibətlərin daha da güclənməsinə xidmət edir.
Son xəbərlər
Son Xəbərlər