“Papanin” hospitalında nüfuz alveri - Polkovnikə cinayət işi açıldı

papanin-hospitalinda-nufuz-alveri
Oxunma sayı: 2972

Silahlı Qüvvələrin Baş Klinik Hospitalının maddi texniki təminat bölməsinin rəisi polkovnik Azər Paşayev cinayət məsuliyyətinə cəlb edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, polkovnik A.Paşayev nüfuz alverində ittiham olunur.

Hazırda həmin vəzifədə xidmət edən A.Paşayev istintaq müddətində həbs edilməyib, onun barəsində məhkəmə hökmünə qədər alternativ qətimkan tədbiri seçilib.

Onun ittiham edildiyi Cinayət Məcəlləsinin 312-1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə-nüfuz alveri) maddənin sanksiyasında cərimə və ya 5 ilə qədər həbs cəzası nəzərdə tutulur. 

Cinayət işinin ibtidai istintaqı prokurorluqda aparılıb.

Xəbəri rus dilində oxuyun: Полковник Минобороны стал фигурантом уголовного дела

Sail Ağasəlim