Parisdə görüşəcəklər

parisde-gorusecekler
Oxunma sayı: 704

İsrail və Suriyanın yüksək vəzifəli rəsmiləri ABŞ-nin vasitəçiliyi ilə Fransanın paytaxtı Parisdə təhlükəsizlik üzrə danışıqları bərpa edəcəklər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb.

Bildirilib ki, danışıqlarda Suriya hökumətini xarici işlər naziri Əsəd Həsən Şeybani və Kəşfiyyat İdarəsinin sədri Hüseyn əs-Salamanın rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək. Beşinci raundu keçiriləcək görüşlərin əsas məqsədi 1974-cü il tarixli sazişin yenidən aktivləşdirmək və regionda təhlükəsizliyi təmin etməkdir.

Agentlik yazır ki, danışıqların gündəmində duran əsas məsələ İsrail qüvvələrinin 8 dekabr 2024-cü il tarixinədək mövcud olan xətlərə geri çəkilməsi və Suriyanın cənubunun silahsızlaşdırılmasıdır. Suriya tərəfi bəyan edib ki, bu proses ölkənin milli hüquqlarının və tam suverenliyinin bərpası çərçivəsində aparılır. Razılaşmanın həmçinin Suriyanın daxili işlərinə xarici müdaxilənin qarşısını alacaq təminatları da əhatə edəcəyi gözlənilir.

Qeyd edək ki, iki gün davam etməsi planlaşdırılan Paris görüşləri Bəşər Əsəd rejiminin devrilməsindən sonra İsrailin nəzarətə götürdüyü bəzi strateji ərazilərdən geri çəkilməsi baxımından kritik əhəmiyyət kəsb edir.