“PASHA Real Estate” Satış Mərkəzinin Açılışı - Bakıda Daşınmaz Əmlak Sahəsində Yenilik

pasha-real-estate-satis-merkezinin-acilisi
Oxunma sayı: 2801

Paytaxtın dinamik işgüzar mərkəzi olan “Port Baku”da “PASHA Real Estate” satış ofisinin təntənəli açılışı keçirilib.

"Qafqazinfo" xəbər verir ki, həm yerli, həm də xarici daşınmaz əmlak bazarını təmsil edəcək satış mərkəzi yaşayış, investisiya və ofis icarəsi üçün əmlakların tanıtımını və təqdim edilməsini həyata keçirəcək. “PASHA Real Estate” satış mərkəzinin məqsədi əmlak sahəsində müştərilərə xüsusi yanaşma ilə rahat şəraitdə və məkanda beynəlxalq standartlara uyğun şəffaf xidmətin təqdim edilməsidir.

“PASHA Real Estate” biznes, premium və lüks seqmentə aid olan “Knightsbridge Residence”, “Ritz Carlton Residences”, “Port Baku Residence”, “Bilgah Estates”, “Baku City Villas”, “Crescent Business Centre”, “Port Baku Towers 1&2”, “Baku Palace”, “Absheron Apartments” (JW Marriott Hotel) və bir çox digər layihələri təqdim edən “PASHA Property Management” şirkətinin tərkib hissəsidir.

“PASHA Real Estate”in Geniş Əmlak Portfeli

“PASHA Real Estate”in fəaliyyət istiqamətləri biznes və premium klass mənzil və villaların satışını və kirayəsini, həmçinin A-klass biznes mərkəzlərində ofis sahələrinin icarəsini əhatə edir. “PASHA Real Estate” in “Port Baku”da yerləşən yeni satış mərkəzi zəngin çeşiddə məhsul təklifi ilə çıxış edərək, müştərilərə ehtiyaclarına cavab verəcək əmlakları rəhat şəkildə və peşəkar məsləhətçilərin köməyi ilə seçmək imkanını təqdim edəcək.

Ekspert Məsləhətləri

“PASHA Real Estate”i fərqləndirən əsas cəhətlərdən biri daşınmaz əmlak üzrə peşəkar mütəxəssislər komandasına malik olmasıdır. Yeni satış mərkəzində müştəriləri fərdi yanaşma və peşəkar məsləhətlər gözləyir. “PASHA Real Estate” ekspertləri müştərilərə bazarın dinamikasını anlamağa kömək edəcək, onların ehtiyaclarını öyrənərək mövcud təkliflər və imkanlar haqqında bütün lazımi məlumatları təqdim edəcəklər.

“PASHA Real Estate” satış mərkəzinin açılması Azərbaycanda daşınmaz əmlak bazarının inkişafına önəmli töhvədir! Əminik ki, bu mərkəz həm yerli, həm xarici alıcılara keyfiyyətli daşınmaz əmlaka investisiya üçün yeni imkanları və fərdi həlləri effektiv şəkildə və özəl yanaşma ilə çatdırmaqda uğurlu olacaq”, deyə “PASHA Property Management” şirkətinin baş direktoru Elçin Qədimov qeyd edib.

Əlaqə və Əlavə Məlumat

“PASHA Real Estate” satış mərkəzinin yerləşdiyi məkan: Bakı şəhəri, Üzeyir Hacıbəyov və Kövkəb Səfərəliyeva küçələrinin kəsişməsi, Port Baku Mall.

“PASHA Real Estate” məhsul və xidmətləri haqqında əlavə məlumatı *2022 nömrəsi ilə əlaqə saxlayaraq, həmçinin www.pasharealestate.az internet səhifəsində əldə etmək olar.

Instagram səhifəsi @pasharealestate.az