Paşinyana qarşı aksiyada 50-dən çox etirazçı saxlanıldı - Yenilənib

pasinyana-qarsi-aksiyada-50-den-cox-etirazci-saxlanildi
Oxunma sayı: 2295

Ermənistanın paytaxtı İrəvanın “Azadlıq” meydanında yenidən etiraz aksiyası keçirilib.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, aksiya “Şərəfim var” parlament fraksiyasının rəhbəri Artur Vanetsyan tərəfindən təşkil olunub.

Aksiya iştirakçıları ölkənin Baş naziri Nikol Paşinyanın siyasətinə etiraz əlaməti olaraq meydana toplaşıblar. 

Aksiya zamanı polislə etirazçılar arasında toqquşma yaranıb və 5 aksiya iştirakçısı saxlanılıb. 

Xatırladaq ki, Ermənistan müxalifəti bir neçə gün əvvəl İrəvanda Paşinyana qarşı etiraz aksiyalarına başlayıb.

***

Ermənistan polisi Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə keçirilən müxtəlif aksiyalarda 50-dən çox adamı saxlayıb.

Məlumata görə, 52 nəfər polis bölmələrinə aparılıb.