Paytaxt yollarındakı son vəziyyət açıqlanıb

paytaxt-yollarindaki-son-veziyyet-aciqlanib
Oxunma sayı: 2566

Hazırda paytaxtın avtomobil yollarında sıxlıq müşahidə olunmur.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, mərkəzin əməkdaşları tərəfindən müşahidə kameraları vasitəsilə yollar diqqətdə saxlanılır.

Hərəkətin ləngiməsinə səbəb olan hallarla bağlı təcili tədbirlərin görülməsi üçün yol polisi ilə mütəmadi olaraq informasiya mübadiləsi aparılır.