Paytaxtın bu ərazilərində qaz kəsiləcək

paytaxtin-bu-erazilerinde-qaz-kesilecek
Oxunma sayı: 632

Sabah Bakının bir hissəsində qaz olmayacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb. 

Bildirilir ki, təmir-quraşdırma işləri ilə əlaqədar sabah saat 10:00-dan işlər yekunlaşanadək Yasamal rayonunun Ə. Salamzadə və H. Zərdabi küçələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.