Reynmen adı ilə tanınan türkiyəli müğənni Yusuf Aktaş xəstəxanalıq olub.
“Qafqazinfo” xəbər verir ki, o, bununla bağlı “Instagram” hesabında paylaşım edib.
Qanlı köynəyini paylaşan müğənninin sözlərinə görə, evində saxladığı pişiyi - “Puma”nın yanına gətirdiyi başqa bir pişik tərəfindən hücuma məruz qalıb.
Hadisə nəticəsində bədəninin müxtəlif nahiyyələrində xəsarət izləri olan Yusuf Aktaş tibbi müayinələrdən keçib və potensial risklərə qarşı peyvənd olunub.



Son xəbərlər
Son Xəbərlər