“Tarqovı”da vətəndaşlara tibbi maska paylanıldı - Fotolar+Video

tarqovida-vetendaslara-tibbi-maska-paylanildi
Oxunma sayı: 4829

Mayın 1-dən ölkəmizdə tətbiq olunan xüsusi karantin rejiminin qaydaları yumşaldılsa da, koronavirus pandemiyasının yayılmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

“Qafqazinfo” bildirir ki, Daxili İşlər Nazirliyinin əməkdaşları mərkəzi küçələrdən, o cümlədən Nizami küçəsindən keçən vətəndaşlarla maarifləndirici söhbətlər aparıb.

Maskadan istifadə etməyən vətəndaşlara maska paylanılıb.

Qeyd edək ki, daha əvvəl Daxili İşlər Nazirliyi əhaliyə xəbərdarlıq edib. Vətəndaşlardan evdən çıxarkən, qapalı məkanlarda, xüsusən iaşə müəssisələrində, ictimai nəqliyyatda nəfəs yollarını qoruyan tibbi maskadan mütləq qaydada istifadə etmək, insanlarla təmas zamanı 2 metrlik ara məsafəsini saxlamaq, bütövlükdə karantin rejimi dövrü üçün müəyyən edilmiş qaydalara ciddi riayət etmək tələb olunur.

Fotolar: Pərvin Zeynal