Polis zəlzələ ilə bağlı gücləndirilmiş rejimə keçdi

polis-zelzele-ile-bagli-guclendirilmis-rejime-kecdi
Oxunma sayı: 2662

Daxili İşlər Nazirliyi tərəfindən zəlzələ ilə əlaqədar xüsusi tapşırıqlar verilib.

“Qafqazinfo” nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, polis gücləndirilmiş iş rejiminə keçib, xidmətə əlavə qüvvə cəlb edilməklə, fasiləsiz xidmət təşkil edilib: “Həyacan yaradan xüsusi hal müşahidə edilmir. Bütün informasiyalar diqqətlə izlənilir”.

DİN-dən həmçinin bildirilib ki, zəlzələ ilə bağlı Bakı şəhəri və ətraf ərazilərdən hər hansı dağıntı və təlafatla barədə məlumat daxil olmayıb.