Poqba futboldan müvəqqəti uzaqlaşdırıla bilər

poqba-futboldan-muveqqeti-uzaqlasdirila-biler
Oxunma sayı: 2272

“Yuventus” və Fransa millisinin yarımmüdafiəçisi Pol Poqba futboldan müvəqqəti uzaqlaşdırıla bilər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “The Mirror” məlumat yayıb.

Bildirilib ki, buna səbəb yarımmüdafiəçinin 2 dəfə verdiyi dopinq testində testosteron miqdarının bədənində yüksək olmasıdır. Birinci test avqustun 20-də verilmişdi. 

Qeyd edək ki, Poqbanın klubla müqaviləsi 2026-cı ilə kimidir.