Portuqaliyada prezident seçkiləri başa çatıb

portuqaliyada-prezident-seckileri-basa-catib
Oxunma sayı: 693

Portuqaliyada keçirilən prezident seçkiləri başa çatıb.

"Qafqazinfo" xəbər verir ki, seçkilər koronavirus pandemiyası və epidemik vəziyyətin kəskinləşməsi fonunda keçirilib.

Seçkilərdə yeddi namizəd, o cümlədən respublikanın hazırkı lideri Marselu Rebelu di Souza yarışıb.

Məntəqələr Bakı vaxtı ilə saat 12:00-da açılıb, 23:00-da isə bağlanıb.