Pozner etirazlardan sonra Gürcüstanı tərk etməli oldu

pozner-etirazlardan-sonra-gurcustani-terk-etmeli-oldu
Oxunma sayı: 1540

Tbilisidə etiraz aksiyası ilə qarşılanan tanınmış rus jurnalist Vladimir Pozner və qonaqları Gürcüstanı tərk ediblər.

“Qafqazinfo” xəbər verir ki, Tbilisi Beynəlxalq Hava Limanında hüquq-mühafizə əməkdaşları səfərbər olunub. Hadisə yerində Pozner və qonaqlarının gəlişinə etiraz edən fəallar toplaşıb.

Qeyd edək ki, Gürcüstanın ərazi bütövlüyünü tanımayan V. Pozner 87 yaşını qeyd etmək üçün bir gün əvvəl 40 nəfərlik dost qrupu ilə birlikdə Tbilisiyə gəlib. O, 3 apreldə Gürcüstanı tərk edəcəkdi, ancaq yaranmış rezonans səbəbi ilə ölkəni vaxtından əvvəl tərk etmək məcburiyyətində qalıb.

Fotoda Vladimir Pozner