Prezident Haluk Bayraktarı “Qarabağ” ordeni ilə təltif etdi - Fotolar + Video

prezident-haluk-bayraktari-qarabag-ordeni-ile-teltif-etdi
Oxunma sayı: 4576

Prezident İlham Əliyev bu gün Şuşada "Baykar Savunma" şirkətinin baş direktoru Haluk Bayraktarı "Qarabağ" ordeni ilə təltif edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə H. Bayraktar öz tvitter hesabında yazıb.

“Can Azərbaycanın işğaldan azad etdiyi Qarabağın ürəyi Şuşanı görmək nəsib oldu. Cənab Prezident İlham Əliyev tərəfindən layiq görüldüyüm “Qarabağ" ordenini Azərbaycanın Milli Qurtuluş Günündə cumhur başqanımız R.T. Ərdoğanın hüzurunda aldım. Qürur duydum!”, - paylaşımda qeyd olunub.

Qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncamına əsasən Lutfi Haluk Bayraktar bu yüksək mükafata Azərbaycanla Türkiyə arasında qardaşlıq əlaqələrinin möhkəmləndirilməsinə, əməkdaşlığın inkişafına, Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin təmin olunması istiqamətindəki haqq işinə verdiyi töhfəyə görə layiq görülüb.

Məlumat üçün bildirək ki, "Baykar Savunma"nın baş direktoru Haluk Bayraktar şirkətin texniki direktoru Səlcuk Bayraktarın qardaşıdır.