Penitensiar xidmətə yeni rəis təyin edildi - Sərəncam

penitensiar-xidmete-yeni-reis-teyin-edildi
Oxunma sayı: 16550

Prezident İlham Əliyev Mirsaleh Seyidovla bağlı Sərəncam imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, Sərəncamla Mirsaleh Miradil oğlu Seyidov Azərbaycan Respublikası ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi təyin edilib.

Qeyd edək ki, o bu vəzifəyə təyin olunanadək Penitensiar xidmətin Əməliyyat-rejim idarəsinin rəisi idi.