Putin Gürcüstan vətəndaşları üçün viza rejimini ləğv etdi

putin-gurcustan-vetendaslari-ucun-viza-rejimini-legv-etdi
Oxunma sayı: 2633

Rusiya Prezidenti Vladimir Putin Gürcüstan vətəndaşları üçün viza rejimini ləğv edib.

“Qafqazinfo” xəbər verir ki, dövlət başçısı bununla bağlı müvafiq Fərman imzalayıb.

Qanun mayın 15-dən qüvvəyə minir.

Bundan sonra Gürcüstan vətəndaşları Rusiyaya 90 günlük viza rəsmiləşdirmədən səfər edə biləcəklər.