Putin KTMT-nin sammitində iştirak edəcək

putin-ktmt-nin-sammitinde-istirak-edecek
Oxunma sayı: 1747

Mayın 16-da Moskvada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv dövlətlərin sammiti keçiriləcək.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlayıb.

Onun sözlərinə görə, sammit Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə baş tutacaq.

İclas iştirakçıları görüşlər keçirəcək və işçi nahar formatında danışıqlar aparacaqlar.

Peskov qeyd edib ki, sammit KTMT-nin 20 illiyi münasibətilə keçiriləcək.