Putin və Cinpinin İranla bağlı verdikləri vəddən danışdı

putin-ve-cinpinin-iranla-bagli-verdikleri-vedden-danisdi
Oxunma sayı: 459

ABŞ Prezidenti Donald Tramp Çin Prezidenti Si Cinpin və Rusiya lideri Vladimir Putinin ona İrana silah satmayacaqlarına dair vəd verdiklərini açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, Tramp bu məlumatı “Truth Social” hesabında paylaşıb.

“Çinin paytaxtı Pekində keçirilən son görüşümüz zamanı Si mənə dedi ki, heç bir halda İran İslam Respublikasına silah tədarük etməyəcək. Münasibətlərimizi nəzərə alaraq, onun sözünə inanıram”, - deyə o yazıb.

Amerika liderinin sözlərinə görə, Putin də ona oxşar vəd verib.