Putinlə Paşinyanın telefon danışığı oldu

putinle-pasinyanin-telefon-danisigi-oldu
Oxunma sayı: 2497

Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyanın telefon danışığı olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Putinlə Paşinyan Qarabağdakı mövcud vəziyyəti müzakirə ediblər:

“Qarabağla bağlı aktual məsələlər 9 noyabr 2020 və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatlarda qeyd olunan razılaşmaların həyata keçirilməsi və Ermənistan-Azərbaycan sərhədindəki mövcud vəziyyət kontekstində müzakirə olundu”.