Qadın qatar yoluna düşdü - İntervalda yubanma yarandı

qadin-qatar-yoluna-dusdu
Oxunma sayı: 627

Bu gün saat 18:40 radələrində “Əhmədli” stansiyasında sərnişin (qadın) qatar yoluna düşüb.

Bu barədə “Qafqazinfo”ya “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.

Bildirilib ki, dərhal təmas relsindən yüksək gərginlik çıxarılıb, təcili tibbi yardım çağırılıb.

“Sərnişinin stansiya yolundan çıxarılması üçün müvafiq tədbirlər görülüb, qatar yolundan çıxarılmış sərnişin polisə təhvil verilib. Yüksək gərginlik bərpa edildikdən sonra qatar yola salınıb.

Hadisə ilə bağlı intervalda 9 dəqiqəlik yubanma yaranıb”, - deyə məlumatda qeyd edilib.