Qafqazın sərhəd qapısında 15 kilometrlik tıxac yarandı

qafqazin-serhed-qapisinda-15-kilometrlik-tixac-yarandi
Oxunma sayı: 3268

Türkiyənin Gürcüstan üzərindən Qafqaz ölkələrinə açılan Sarp sərhəd qapısında 15 kilometrlik TIR tıxacı yaranıb.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, tıxac Gürcüstan gömrüyündə əməliyyatların yavaşlamasından qaynaqlanır.

TIR parkının dolmasından sonra Qaradəniz Sahil Yolunda uzun tıxac əmələ gəlib. Nəqliyyat vasitələri yolun bir zolağını zəbt edib.

Bildirilib ki, Sarp sərhəd qapısından Qafqaz ölkələrinə, ümumilikdə isə 14 ölkəyə bu qapıdan keçid təmin edilir.