“Qalatasaray” bombanı partlatdı - 45 milyon avroluq transfer

qalatasaray-bombani-partlatdi
Oxunma sayı: 822

Portuqaliya millisinin və “Milan”ın ulduz futbolçusu Rafael Leao karyerasını Türkiyədə davam etdirəcək.

“Qafqazinfo” xəbər verir ki, 27 yaşlı hücumçu “Qalatasaray”a transfer olunub.

“Sky Sport” bildirir ki, “Qalatasaray” italyan klubuna 43 milyon avro sabit ödəniş və 2 milyon avro bonus ödəyəcək. Bundan əlavə, “Milan” futbolçunun növbəti satışından 20 faiz pay əldə edəcək. 

Transferin ümumi məbləğinin 45 milyon avro olduğu bildirilir.

Müqavilə 2030-cu ilə qədər imzalanacaq.

Qeyd edək ki, ulduz futbolçu “Milan”la 2021/22 mövsümündə İtaliya çempionluğu da qazanıb.