“Qanun” nəşriyyatının tərcüməçisi Ziya Muradov vəfat edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə sosial şəbəkədə “Qanun” nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu paylaşım edib. Bildirib ki, Ziya Muradov Quba ərazisində 17 nəfərlik turist qrupu ilə dağ yürüşündə olarkən həyatını itirib. Hadisə ilə bağlı məlumatın indiyədək ictimaiyyətə açıqlanmadığı, Z.Muradovun ölümündə müəmmalı məqamların olduğu və bu barədə aidiyyəti qurumlara məlumat verildiyi əlavə edilib.
Əldə etdiyimiz məlumata görə, Bakı şəhər sakini 1964-cü il təvəllüdlü Muradov Ziya Fazil oğlu avqustun 2-si Quba rayonunun Xanagah kəndində vəfat edib. Onun infarktdan öldüyü qeyd edilib.
Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.
***
Baş Prokurorluq hadisə ilə bağlı məlumat yayıb: “Tərcüməçi Ziya Muradovun ölümü ilə bağlı Quba Rayon Prokurorluğunda araşdırma aparılır.
Hadisənin bütün hallarının, o cümlədən Ziya Muradovun ölümünün səbəbinin və başvermə şəraitinin müəyyən edilməsi istiqamətində zəruri prosessual hərəkətlər həyata keçirilir.
Toplanmış materialların nəticələrinə əsasən hadisəyə qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət veriləcək”.
Aslan Vəliyev

Son xəbərlər
Son Xəbərlər