““Qara bazar”a qarşı mübarizə başlayıb” - Elman Rüstəmov

qara-bazara-qarsi-mubarize-baslayib
Oxunma sayı: 5034

“Hazırda “Qara bazar”a qarşı çox ciddi mübarizə aparılır”.

Qafqazinfo” xəbər verir ki, bunu Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov deyib. O, bildirib ki, indi rəsmi məzənnə ilə “qara bazar” arasında çox cüzi fərq var: “Bu da aparılan mübarizənin nəticəsidir”.

Millət vəkili Yevda Abramovun “qara bazar”ın xüsusi təşkil edilməsi ilə bağlı fikirlərinə gəldikdə, E. Rüstəmov deyib ki, bu barədə onda hər hansı məlumat yoxdur: “Biz üzən məzənnə rejimindəyik. Bazarda tələb təklifi üstələyir. Tam üzən məzənnəyə keçid isə çox ciddi hazırlıq tələb edir.

Yanvarın 1-dən tam üzən məzənnəyə keçid mümkün olmayacaq. Belə bir fikir də yoxdur. Strateji yol xəritəsi ilə bağlı tədbirlər planı hazırlanır. Yaxın günlərdə cəmiyyətə açıqlanacaq”.

Murad Əhməd