“Qarabağ” azarkeşləri hücuma məruz qaldı - Video+Yenilənib

qarabag-azarkesleri-hucuma-meruz-qaldi
Oxunma sayı: 9545

UEFA Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda keçirilən “Olimpiakos” - “Qarabağ” oyunundan əvvəl insident yaşanıb.

“Qafqazinfo” xəbər verir ki, meydan sahiblərinin azarkeşləri Azərbaycan təmsilçisinin tərəfdarlarına hücum edib.

Polis hadisəyə müdaxilə edib.

***

Yunan azarkeşlər 20 “Qarabağ” azarkeşinə hücum çəkib.

Klub rəhbərliyinin müdaxiləsindən sonra azərbaycanlı tərəfdarlar stadionun daha təhlükəsiz yerinə köçürülüb.