“Qarabağ”ın “Linkoln”la oyunlarının vaxtı və məkanı bilindi

qarabagin-linkolnla-oyunlarinin-vaxti-ve-mekani-bilindi
Oxunma sayı: 3619

“Qarabağ” və Cəbəllütariqin “Linkoln” komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin oyunlarının vaxtı dəqiqləşib.

“Qafqazinfo” Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, Cəbəllütariqdəki “Viktoriya” stadionunda gerçəkləşəcək ilk matç iyulun 11-də Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.

İyulun 19-da Bakı Olimpiya Stadionunda oynanılacaq cavab qarşılaşması isə saat 20:00-da start götürəcək.