“Qarabağ”ın sabiq futbolçusu karyerasını başa vurdu

qarabagin-sabiq-futbolcusu-karyerasini-basa-vurdu
Oxunma sayı: 3735

“Qarabağ”ın sabiq futbolçusu Tarik Elyunussi karyerasını başa vurub. 

“Qafqazinfo” xəbər verr ki, bununla bağlı norveçli oyunçu özünün instaqram səhifəsində paylaşım edib.

O, legioner həyatı yaşadığı ölkələrin dilində təşəkkür edib və oynadığı müxtəlif klubların formasında fotolarını paylaşıb.

“Hər şeyin bir sonu var. Artıq geri çəkilmək vaxtım gəldi. Bu, xüsusi bir imtiyaz oldu. Gözəl oyunun mənə verdiyi hər şeyə görə inanılmaz dərəcədə minnətdaram!”

Qeyd edək ki, 36 yaşlı sabiq futbolçu 2017/2018 mövsümündə “Olimpiakos”dan “Qarabağ”a icarəyə verilmişdi.