Çempionlar Liqasının qrup mərhələsinə düşməklə tarix yazan “Qarabağ” qitənin ən nüfuzlu klub turnirində ilk oyununu bu gün dünya nəhənglərindən olan “Çesli”yə qarşı keçirəcək.
“Qafqazinfo” xəbər verir ki, bu matç bir çox dünyanın diqqət mərkəzində olacaq.
Belə ki, komandamızın tarixi oyununu bir çox ölkələrin kanalları yayımlayacaq.
Azərbaycanda qarşılaşmanı AZTV kanalı efirə verəcək.
Türkiyədə “Tivibuspor” matçı canlı yayım siyahısına salıb.
Qarşılaşma Fransa, Almaniya, İspaniya, Norveç, Danimarka kimi ölkələrdə də yayımlanacaq.
Son xəbərlər
Son Xəbərlər